Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Neftçalada mərkəzi bazar yanıb

Baxılıb: 565     Tarix: 13-08-2022 10:15   

Neftçala rayonunda mərkəzi bazarda yanğın hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə gecə saat 03:30 radələrində qeydə alınıb.
Belə ki, rayonun mərkəzi bazarında yanğın başlayıb. Qısa müddətdə alovun əhatə dairəsi daha da genişlənib.
Bu barədə məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələrinə məxsus dörd yanğınsöndürən avtomobili və xeyli canlı qüvvə cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib, yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı mərkəzi bazarın 100 kvadratmetr hissəsi yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

Qanunvehedef.azшаблоны для dle 11.2