Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Milyonerlər məhəlləsi”ndə faciəvi hadisə

Baxılıb: 402     Tarix: 13-08-2022 11:03   

Bakıda fəhlənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Qanunvehedef.az Nərimanov Rayon Prokurorluğuna istinadən xəbər verir ki, hadisə avqustun 12-si saat 09 radələrində Nərimanov rayonu, M.Araz (“Milyonerlər məhəlləsi” kimi tanınan küçə) 92 ünvanında baş verib.
1983-cü il təvəllüdlü Aqil Əliyevin fəhlə kimi işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat  daxil olub.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar