75 yaşlı kişini maşın vurub öldürdü

Baxılıb: 654     Tarix: 31-08-2022 11:19   

Gəncədə yolu keçmək istəyən yaşlı kişini maşın vurub öldürüb.
Qanunvehedef.az xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
Belə ki, “BMW” markalı minik avtomobilini idarə edən sürücü yolu keçmək istəyən şəhər sakini, 1947-ci il təvəllüdlü Həmzə Yusubovu vurub.
Ağır xəsarət alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar