Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanda iş adamı özünü avtomobilində GÜLLƏLƏDİ - TƏFƏRRÜAT

Baxılıb: 541     Tarix: 05-01-2023 13:31   

Naftalanda baş verən intiharın bəzi detalları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Ş.Qurbanov küçəsi, ev 4-ün qarşısında qeydə alınıb.
63 yaşlı Feyruz Qocayev özünə məxsus "Nissan" markalı, 46-BA-222 dövlət nömrə nişanlı avtomobilində intihar edib. O, ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb.
Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları maşından 1 ədəd "Stoeger" markalı tüfəng götürüblər.
Onu da qeyd edək ki, F.Qocayev Naftalan şəhərində yerləşən "Şəfa" sanatoriyasının sahibi olub. O, ötən il həmin sanatoriyanı külli miqdarda borcu olduğu üçün satıbmış.
F.Qocayev borcu sələmçidən alıbmış. Sanatoriyanı satandan sonra onun yenə borcu qalıb. Təzyiqlərə dözə bilməyən iş adamı çıxış yolunu intiharda görüb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar