Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bakıda yük avtomobili aşdı - Foto-Yenilənib

Baxılıb: 662     Tarix: 17-04-2023 11:18   

Bu gün Bakı şəhər Qaradağ rayonu ərazisində - “Sədərək” ticarət mərkəzinin yaxınlığında ağır yol qəzası baş verib.
Qanunvehedef.az “Qafqazinfo” istinadən xəbər verir ki, yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü şok vəziyyətinə düşüb və ətrafdakı şəxslərin ilkin tibbi yardımı ilə özünə gəlib.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Daxili İşlər Nazirliyi (DİN) bu gün Qaradağ rayonu ərazisində baş verən qəza ilə bağlı məlumat yayıb.
“Bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində Qasımov Nəsir Habil oğlunun idarə etdiyi “Mercedes” markalı, 99-OA-693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Xəsarət alan sürücüsü xəstəxanaya yerləşdirilib, hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır”, - rəsmi məlumatda bildirilib.



{sape_links}{sape_article}