Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Biləsuvarda baş verən partlayışda bacı-qardaş xəsarət alıb, ana axtarılır

Baxılıb: 538     Tarix: 25-04-2023 12:10   
 
Biləsuvarda baş verən partlayış hadisənin təfərrüatı məlum olub.
"Report"un məlumata görə, hadisə Nazilə Məmmədovaya məxsus şəhərin H. Əliyev prospektində yerləşən 5 mərtəbəli, bina 6, mənzil 15 ünvanında qeydə alınıb.
Belə ki, partlayış orda kirayədə yaşayan rayon sakini 1988-ci il təvəllüdlü Günay Əliyeva mənzilə daxil olan zaman baş verib. Həmin vaxt onun yanında övladları 2009-ci il təvəllüdlü F. Əliyeva və 2013-cü il təvəllüdlü Y. Əliyev də olub. Məlumata görə, hadisə vaxtı qadının həyat yoldaşı həyətdə olduğundan o, xəsarət almayıb.
Hadisədən sonra mənzil tamamilə dağılıb.
Xilasetmə tədbirləri nəticəsində ananın hər iki övladı ağır vəziyyətdə xilas edilərək, rayon xəstəxanasına aparılıblar.
Hazırda ananın axtarışları davam etdirilir.
21:16
Biləsuvarda yaşayış binasında baş verən partlayışın səbəbi açıqlanıb.
Bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları hadisə baş verən əraziyə cəlb olunmaqla zəruri tədbirlər həyata keçirilir.
İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.
Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar