Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Naxçıvanda universitetin binasını su basdı

Baxılıb: 657     Tarix: 23-05-2023 12:54   

Naxçıvanda güclü yağış bir sıra fəsadlara səbəb olub.
Modern.az xəbər verir ki, intensiv yağışlar səbəbindən fərdi evlər və həyətyanı sahələr, inzibati binalar, avtomobil yolları subasmaya məruz qalıb.
Naxçıvan Dövlət Universitetinin binasını da su basıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması həyata keçirilib. Belə ki, Naxçıvan şəhəri və Babək rayonlarında 40-dan artıq fərdi yaşayış evi, 4 obyekt, 3 inzibati binada suçəkmə işləri aparılıb.
Bütün bu tapşırıqların yerinə yetirilməsinə 159 nəfər şəxsi heyət, 23 texnika, cəlb olunub.

Qanunvehedef.az



{sape_links}{sape_article}