Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda yaralı qadın təcili yardım xərəyindən düşərək ölüb

Baxılıb: 614     Tarix: 12-06-2023 10:56   

Bakının Suraxanı rayonunda yol qəzası zamanı yaralanan qadın xəstəxanada ölüb.
Qanunvehedef.az apa-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
1952-ci il təvəllüdlü Rəhmanova Hilda Cavad qızı yolu keçərkən onu Nurlan Həşimovun idarə etdiyi "Opel" markalı avtomobil vurub. Qadın xəsarətlər aldığından 11 saylı Təcili Tibbi Yardım Stansiyası Hövsan filialının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzinə gətirilib.
Hadisəni törətdiyi deyilən sürücü və H.Rəhmanovanın qohumları apa-ya bildiriblər ki, təcili yardım xidmətinin əməkdaşları yaralını xərəklə rentgen otağına apararkən xərək nasaz olduğundan qadın orada yerə düşüb və ağır xəsarət alaraq ölüb. Yaxınları onu da qeyd edirlər ki, hadisə zamanı xəsarət alan Hilda Rəhmanovanın huşu özündə olub.
Hazırda faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar