Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Şərurda ağır qəza - Video

Baxılıb: 423     Tarix: 11-08-2023 12:46   

Şərur rayon Siyaqut kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. 
FHN Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə dərhal Şərur rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Dongers” markalı bitum daşıyan yük avtomobili ilə “Chery” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və hər iki avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürənlər tərəfindən müvafiq vasitələrdən istifadə edilməklə avtomobillərdə sıxılı vəziyyətdə qalan sürücülər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Həmçinin, bitum daşıyan yük avtomobilində mümkün yanğın-partlayış hadisəsinin qarşısını almaq üçün ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.





Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar