Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Şabranda qadın dəm qazından boğularaq ölüb

Baxılıb: 801     Tarix: 25-09-2023 12:00   

Şabranda 55 yaşlı qadın dəm qazından boğulub.
Qanunvehedef.az report-a istinadən xəbər verir ki, Şabran rayonunun Dəvəçikənd kənd sakini, 1968-ci il təvəllüdlü Əhmədova Rəsmiyyə Qazəhməd qızı yaşadığı evdə hamam otağında huşsuz vəziyyətdə tapılıb.
Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərilərək Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Qanunvehedef.az



{sape_links}{sape_article}