Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Avtobus gözləyən qadın faciəvi şəkildə öldü

Baxılıb: 623     Tarix: 18-10-2023 11:09   

Abşeron rayonunun Mehdiabad-Pirşağı yolunda ağır yol qəzası baş verib.
Qanunvehedef.az xəbər verir ki, Rasim Məmmədovun idarə etdiyi "Mercedes" markalı betonqarışdıran yük avtomobili sağdan yola çıxan Rəşad Qurbanlının sürdüyü "BMW" markalı avtomobilə çırpılıb. Nəticədə yük avtomobili aşaraq sürüşməyə başlayıb.
Bu zaman yük maşını yolun sağ kənarında yerləşən avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacaq uçaraq orada avtobus gözləyən piyada, 1970-ci il təvəllüdlü Sevda Balaca qızı Məmmədovanın üzərinə düşüb. 53 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktıla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qanunvehedef.az



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar