Xəbər lenti
03/08/2026 [10:44]
Ceki Çan Bakıya gəldi
03/08/2026 [08:39]
Bu 5 yolda sıxlıq var
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakıda avtobus sürücüsü döyülüb?

Baxılıb: 771     Tarix: 20-10-2023 12:36   

173 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü sosial şəbəkələrdə video yayaraq döyüldüyünü iddia edib.
Qanunvehedef.az "Qafqazinfo" istinadən xəbər verir ki, görüntüləri yayan Orxan Namazov adlı sürücü özünü polis rəisinin köməkçisi kimi təqdim edən şəxsin onu döydüyünü deyib. Həmin şəxslə avtobusda başlayan mübahisəni yol kənarında davam etdirdiyini bildirən sürücü onun barəsində aidiyyəti qurumlara məlumat verəcəyini əlavə edib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza bildirdi ki, polis olduğu bildirilən şəxs daxili işlər orqanlarında çalışmır: "173 saylı sərnişin avtobusunun sürücüsünün döyülməsi ilə bağlı daxil olan müraciət araşdırılır. Sürücünün ərizə və izahatı alınıb, müvafiq məhkəmə-tibbi ekspertiza təyin edilib.
Əməli törətmiş şəxsin 1988-ci il təvəllüdlü Elvin Mansurov olması müəyyən edilib. Onun polis əməkdaşı olması ilə bağlı iddialar tam əsassızdır".

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar