Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Sumqayıtda 3 avtomobil toqquşub, dayanacaqda duranlar xəsarət alıb

Baxılıb: 633     Tarix: 23-10-2023 11:20   

Sumqayıt şəhərində zəncirvari qəza baş verib.
Qanunvehedef.az report"-a istinadən xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb.
Sumqayıt şəhər sakinləri, 1960-cı il təvəllüdlü Mədətov Hacıbaba Nurəli oğlunun idarə etdiyi "KamAz" markalı avtomobillə 1991-ci il təvəllüdlü Zəkiyev Fuad Abdul oğlunun idarə etdiyi "Lada Priora" markalı və 1983-cü il təvəllüdlü Ağayev Samir Yahya oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
Toqquşma nəticəsində yol kənarındakı dayanacaqda duran piyadalar - 2006-cı il təvəllüdlü Əhmədzadə Cəmilə Vidadi qızı və 1963-cü il təvəllüdlü Əliyev Aqil Məhərrəm oğlu xəsarət alıb.
Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları və Təcili Tibbi yardım briqdaları cəlb olunub. Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Hadisənin səbəbləri araşdırılır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar