Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Şəmkirdə eyni vaxtda iki ev yanıb - Xəsarət alan var

Baxılıb: 378     Tarix: 16-01-2024 10:27   

Şəmkirdə eyni ərazidə iki ev yanıb.
"Qafqazinfo" xəbər verir ki, hadisələr rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
Belə ki, sözügedən qəsəbədə ayrı-ayrı iki vətəndaşa məxsus evlərdə yanğın başlayıb. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Araşdırma zamanı məlum olub ki, birinci evdə baş verən yanğına səbəb evdə qaz partlaması səbəb olub. Bu zaman partlayış olan evə bitişik qonşu evdə də yanğın başlayıb. Partlayış zamanı 1946-ci il təvəllüdlü Şücayət Novruzova müxtəlif bədən xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hər iki evdə baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər