Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Sumqayıtda qatar yoluna çıxan qadın xəsarət aldı

Baxılıb: 632     Tarix: 05-02-2024 10:18   

Bu gün saat 07:50 radələrində sürət qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olarkən Yeni Sumqayıt mənzilində bir qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.
Qəza nəticəsində qadın xəsarət alıb, əraziyə təcili tibbi yardım çağırılıb. Sözügedən xətt üzrə qatarların fəaliyyəti qısa zamanda bərpa olunub.
ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır: “Əziz piyadalar! Unutmayın, sizin həyatınız ailəniz və cəmiyyətimiz üçün çox dəyərlidir”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar