Xəbər lenti
16/04/2025 [12:46]
Anar Əliyev Əmr imzalada
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Türkyədə Şəhid olduğu gün ata oldu

Baxılıb: 785     Tarix: 09-09-2024 12:40   

Tuncelinin Ovacık rayonunda vəzifə yerinə yetirərkən şəhid olan Orhan Burak Büyükçaylının həyat yoldaşı Gizem Büyükçaylı Balıkəsirdə uşaq dünyaya gətirib.
Qanunvehedef.az türk mediasına istinadən xəbər verir ki, Tuncelinin Ovacık rayonunda vəzifə yerinə yetirən zirehli maşının aşması nəticəsində Jandarma Mütəxəssisi Çavuş Ömər Eroğlu, Mehmet Aykanat, Orhan Burak Büyükçaylı və Jandarma Mütəxəssisi Onbaşı Doğan Kızılateş şəhid olub.
Ərinin şəhid olması xəbərini alan Gizem Büyükçaylının vəziyyəti pisləşib.
Qadın dərhal xəstəxanaya çatdırılıb. Atatürk Şəhər Xəstəxanasının Qadın Xəstəlikləri və Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilən Büyükçaylı qeysəriyyə əməliyyatı ilə doğuş edib. Onun oğlu dünyaya gəlib. Gizem Büyükçaylının ata evində Türkiyə bayrağı asılıb.
Ailənin qohumu İbrahim Bilgin bildirib ki, şəhid xəbərini alanda çox üzülüblər:
"Həyat yoldaşının hamilə olduğunu və xəstəxanaya yerləşdirildiyini eşidəndə xəstəxanaya gəldik. Şəhidimizin oğlu Mehmet doğuldu. Allah şəhidimizə rəhmət eləsin. Məkanı cənnət olsun".

Qanunvehedef.azшаблоны для dle 11.2