Xəbər lenti
03/08/2026 [10:44]
Ceki Çan Bakıya gəldi
03/08/2026 [08:39]
Bu 5 yolda sıxlıq var
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Salyanda yeniyetmə yelləncəyin kəndirini açarkən boğulub ölübmüş

Baxılıb: 721     Tarix: 06-11-2024 09:58   

Dünən Salyanda 13 yaşlı məktəblinin ölümü ilə nəticələnmiş hadisənin təfərrüatı məlum olub.
Qanunvehedef.az xəbər verir ki, Salyan şəhəri 20 Yanvar küçəsində yaşayan 2011-ci il təvəllüdlü Ə.Səlimovun yelləncəyin ipini açarkən boğularaq ölməsi müəyyənləşib.
Belə ki, ilkin araşdırmalar zamanı yeniyetmənin dünən saat 13 radələrində təhsil aldığı məktəbdən evə gəlməsi və bir qədər sonra evin arxa hissəsində yerləşən yelləncəyin ağacdan asılmış kəndirini açmaq üçün ora getdiyi məlum olub.
Bu zaman Ə.Səlimovun ayağının altındakı stul tərpənib və kəndirin düyünlənmiş hissəsi onun boğazına keçib. Ə.Səlimov köməksiz vəziyyətdə qalaraq boğularaq ölüb.
Ə.Səlimovun meyiti dünən saat 15 radələrində qonşuları tərəfindən aşkar edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar