Xəbər lenti
03/08/2026 [10:44]
Ceki Çan Bakıya gəldi
03/08/2026 [08:39]
Bu 5 yolda sıxlıq var
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Maşında mübahisə etdiyi dostunu bıçaqlayaraq öldürdü

Baxılıb: 988     Tarix: 12-12-2024 11:23   

İzmirdə A.Ö (24) adlı şəxs maşınla gəldikləri parkda dostu Fehim Can Ərdoğanı (23) bıçaqlayıb.
Qanunvehedef.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 21:00 radələrində Konak rayonu Şəhidlər bağında baş verib. İki dost Fehim Can Ərdoğan və A.Ö. maşınla parka gəliblər.
Bu zaman onlar arasında naməlum səbəbdən mübahisə yaranıb. Əsəbiləşən A.Ö dostu Ərdoğanı maşında bıçaqlayıb.
Ətrafdakı vətəndaşların məlumatı üzərinə hadisə yerinə polis və təcilli tibbi yardım sövq edilib.
Əraziyə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən edilən müayinədən sonra Ərdoğanın öldüyü müəyyən edilib.
Şübhəli A.Ö. polis tərəfindən saxlanılıb. Bu zaman Ərdoğanın yaxınları hadisə yerinə gəliblər. Əsəb və ağlamaqdan özlərini itirən ailəni polis çətinliklə sakitləşdirib.
Faktla bağlı başladılan istintaq davam edir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar