Xəbər lenti
03/08/2026 [10:44]
Ceki Çan Bakıya gəldi
03/08/2026 [08:39]
Bu 5 yolda sıxlıq var
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Sahildən "sualtı bomba" tapılıb

Baxılıb: 1 088     Tarix: 17-12-2024 13:55   

Rizənin Çayeli rayonunda partlamamış "sualtı bomba" sahilə düşüb.
Qanunvehedef.az türk mediasına istinadən xəbər verir ki, günorta saatlarında Büyüktaşhane səmtində sahildən keçən vətəndaşlar səthi paslı metal əşyanın sahilə yuvarlandığını görüblər. Məlumat üzərinə polis qrupları ünvana sövq edilib.
Əraziyə gələn polislər hadisə yerindən bir-neçə metr aralıda təhlükəsizlik zolağı qurub və heç kimi yaxın buraxmayıb. Mütəxəssislər tərəfindən aparılan ilkin təsbitlərə görə obyektin 'sualtı bomba' olduğu məlum olub.
Bombanın xüsusi qrup tərəfindən məhv ediləcəyi bildirilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra bəzi vətəndaşlar sahilə gələrək obyektə baxıblar. Bu şəxslərdən Murat Dəmir: "Ukraynadan, yoxsa Rusiyadan gəlib bilmirəm, amma bomba kimi görünür. Daha əvvəl belə bir şey görməmişdim, partlamamış minaya oxşayır" deyə bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar