Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Kürdəmirdə məclisdən sərxoş çıxıb qatarın altında qaldı

Baxılıb: 657     Tarix: 07-07-2025 11:07   

Kürdəmirdə qatarın altında qalan 45 yaşlı kişi ölüb.
Qanunvehedef.az xəbər verir ki, hadisə iyulun 5-i, saat 23 radələrində rayonun Karrar kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini 1980-ci il təvəllüdlü Heydərov Vüsal Çovğun oğlu dəmir yolu xəttinin üzərində qatar vurması nəticəsində ölüb.
Bildirilir ki, hadisədən əvvəl Vüsal kənddə əsgər yola salmaq üçün keçirilən məclisdə iştirak edib və orada yeyib-içib.
Daha sonra sərxoş vəziyyətdə olan şəxs dəmiryolu xətti istiqamətinə addımlayıb. Onun relslərin arasında sərxoş halda yuxuladığı, faciəvi hadisənin də bu zaman baş verdiyi iddia edilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qanunvehedef.az



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar