Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Başı ağrıdığı üçün ağrıkəsici içən qadın həyatını itirdi

Baxılıb: 581     Tarix: 23-09-2025 12:21   

Mersindən istirahət məqsədilə Nevşehire gələn 46 yaşlı qadın, baş ağrısı üçün ağrıkəsici dərman qəbul etdikdən sonra qəfil halı pisləşib və xəstəxanada dünyasını dəyişib.
Qanunvehedef.az türk mediasına istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə Nevşehirdə olan Özlem Y. başı ağrıdığı üçün ağrıkəsici dərman qəbul edib. Lakin qısa müddət sonra vəziyyəti pisləşib. Hadisəni görən sevgilisi dərhal 112 Təcili Yardım Mərkəzinə xəbər verib.
Evdə ilkin tibbi yardım göstərilən qadın Nevşehir Dövlət Xəstəxanasına aparılıb. Burada ürəyi dayanan Özlem Y.-ni həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Onun cəsədi məhkəmə-tibbi ekspertizası üçün morqa aparılıb.
Qadının dəqiq ölüm səbəbi aparılacaq incələnmədən sonra müəyyən ediləcək.
Hadisə ilə bağlı araşdırma aparılır.

Qanunvehedef.az



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar