Şəhəri ayağa qaldıran olay! Ata və qızı evdə ölü tapıldılar

Türkiyənin Bursa şəhərində baş verən faciəli hadisədə 55 yaşlı Nazmi Aybey yaşadıqları evin çardaq mərtəbəsində asılı vəziyyətdə, 28 yaşlı qızı Kübra Aybey isə yataqda ölü tapılıb.
Qanunvehedef.az türk mediasına istinadən xəbər verir ki, hadisə Bursa şəhərinin Osmangazi rayonunun Ovaakça məhəlləsi, Yayla küçəsində qeydə alınıb. İlkin məlumata görə, Nazmi Aybey və qızı Kübra Aybeydən bir müddət xəbər ala bilməyən yaxınları onların yaşadığı ünvana gəlib. Evə daxil olan yaxınları Nazmi Aybeyi çardaqda asılı vəziyyətdə, qızı Kübra Aybeyi isə yataqda hərəkətsiz halda aşkarlayıb.
Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həkimlərin apardığı müayinələr nəticəsində ata və qızın həyatını itirdiyi müəyyən edilib.
Hadisə yerində aparılan baxışdan sonra Nazmi Aybey və Kübra Aybeyin cəsədləri ölüm səbəblərinin dəqiq müəyyənləşdirilməsi üçün Bursa Ədli Tibb Qurumu morquna göndərilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Qanunvehedef.az



















