Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İllərlə anasının cəsədini saxlayaraq pensiyasını aldı

Baxılıb: 8211     Tarix: 17-02-2026 14:50   

Almaniyada 82 yaşlı qadın, ölmüş anasının cəsədini illərlə evlərinin zirzəmisində mumyalanmış halda saxlayaraq onun pensiyasını almağa davam edib.

Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, qadın qonşularla əlaqəsini minimuma endirib, heç kimin evinə girməsinə icazə verməyib. Bu hadisə, ölmüş anasının 103 yaşına çatması ilə üzə çıxdı.

Şəhər rəhbəri Verner Troiber 103 yaşına çatmış sakini təbrik etmək və hədiyyə vermək istəsə də, qonşuların son 10 ildə onu görmədiyini söyləməsi səbəbilə bunu edə bilmədi.

Polis artan şübhələr və şikayətlər əsasında evdə axtarış aparıb və 103 yaşlı qadının cəsədini zirzəmidə mumyalanmış şəkildə tapıb. Aparılan tibbi ekspertizada ölüm zamanı və səbəbi müəyyən edilə bilməyib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar