Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Anar Əlizadənin Bodrumdakı lüks yaxtaları yandı

Baxılıb: 5213     Tarix: 21-03-2026 19:32   

Türkiyənin Muğla vilayətinin Bodrum rayonundakı Yalıkavak marinasında lövbər salan 8 motorlu yaxtada yanğın baş verib.

Qanunvehedef.az Teleqraf-a istinadən xəbər verir ki, yaxtada naməlum səbəbdən başlayan yanğın yaxınlıqdakı qayıqlara da keçib.

Güclü külək yanğının digər yaxtalara da keçməsinə səbəb olub.

Yanan yaxtaların "Socar Trading"in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olduğu bildirilir.

Sahil mühafizəsi tərəfindən yanğın söndürülüb. Yanğının söndürülməsinə 8 su tankeri və təxminən 30 yanğınsöndürən cəlb edilib.

Təxminən üç saat davam edən yanğın nəticəsində 6 yaxta batıb, digər 2 yaxtaya isə ciddi şəkildə ziyan dəyib. Yanan və batan lüks motorlu yaxtaların uzunluğunun 20-30 metr olduğu bildirilib.

Yanğın zamanı yaxtalardakı qaz balonlarının və yanacaq çənlərinin partlaması panikaya səbəb olub.

Yanğının başladığı yaxtadakı heyət üzvü pəncərələrdən özlərini dənizə ataraq xilas ola biliblər.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar