Xəbər lenti
Arxiv
«    Март 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

97 yaşlı qadın yol qəzasında yaralandı

Baxılıb: 637     Tarix: 28-03-2026 09:23   

Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 140-cı kilometrliyində qəza baş verib.

Qanunvehedef.az xəbər verir ki, Balakən rayonunun Katex kəndi ərazisində “Mazda” və “VAZ 2107” markalı avtomobillər toqquşub.

Nəticədə “Mazda”nın sürücüsü, Zaqatala rayon sakini 34 yaşlı Nərgiz Nuriyeva, həmin avtomobildə olan sərnişin 97 yaşlı Səadət Şabanova və digər avtomobili idarə edən Balakən sakini 19 yaşlı Dahil Rəcəbov müxtəlif dərəcəli xəsarətlər alıb.

Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən sürücülərin vəziyyəti qənaətbəxş, 97 yaşlı S.Şabanovanın vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar