Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Taksi tətbiqi ilə sərnişin daşıyan sürücüyə bir qrup taksiçi hücum edib

Baxılıb: 7117     Tarix: 19-05-2026 14:41   

Türkiyənin Adana şəhərində taksi tətbiqi ilə sərnişin daşıyan sürücüyə bir qrup taksiçi hücum edib.

Qanunvehedef.az türk mediasına istinadən xəbər verir ki, sürücü qadın sərnişini avtomobilə mindirdikdən sonra göstərilən ünvana doğru hərəkət edib. Onlar ara küçələrdən birinə daxil olduqları zaman çoxsaylı taksiçi avtomobilləri ilə yolunu kəsib.

Taksiçilərdən biri avtomobilin arxa oturacağına əyləşərək sürücünü hədələyib və onu döyməyə cəhd göstərib. Sürücü hadisə yerindən uzaqlaşmağa çalışarkən taksilərdən biri onu təqib edib.

Hadisə zamanı həm sürücü, həm də qadın sərnişin panika yaşayıb. Baş verənlər avtomobildə quraşdırılmış təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.

Sürücü avtomobildə kamera olduğunu dedikdən sonra taksiçilər ərazidən uzaqlaşıblar. Faktla bağlı polis araşdırmalara başlayıb, şübhəlilərin saxlanılması istiqamətində əməliyyat aparılır.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar