Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Lənkəran rayonunda yol qəzası baş verib - Sürücü ölüb

Baxılıb: 8115     Tarix: 07-06-2026 08:37   

 

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qanunvehedef.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayonun Zövlə kənd sakini 1962-ci il təvəllüdlü Elşad Salayevin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq suötürücü kanalın üzərindən aşıb. Daha sonra isə yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Ehtimal olunur ki, o, qəzadan öncə ürəktutmadan ölüb və qəza qaçılmaz olub.

Faktla bağlı araşdırma aparılır.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar