Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Maşın idarəetmədən çıxıb hasara dəydi - Xəsarət alan var

Baxılıb: 8616     Tarix: 03-07-2026 08:25   


 
 Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Qanunvehedef.az xəbər verir ki, hadisə Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

Belə ki, Çin istehsalı olan ​“Lynk & Co” markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxıb və Gəncə Şəhər Milli Dram Teatrının keçmiş binasının hasarına dəyib.

Hadisə nəticəsində avtomobildə sərnişin qismində əyləşən,1996-cı il təvəllüdlü Arzu adlı xanım xəsarət alıb.

Xəsarət alan şəxs Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.



Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar