Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Yanacaq daşıyan “Mercedes”də yanğın - Video

Baxılıb: 10115     Tarix: 15-07-2026 09:47   

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın baş verib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qoşqusunda otuz bir ton dizel yanacağı olan “Mercedes” markalı avtomobilin kabinə hissəsində baş vermiş yanğın yanacaq çəninə keçməsinə və ağır fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin kabinə hissəsi yanıb. Xəsarət alan olmayıb.

Avtomobilin qoşqusunda olan yanacaqla dolu yanacaq çəni yanğından mühafizə olunub.

Qanunvehedef.az






Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar