Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Mingəçevirdə bina yandı: xəsarət alanlar var

Baxılıb: 8215     Tarix: 13-09-2026 16:46   

Mingəçevir şəhərində keçmiş məcburi köçkünlərin kompakt məskunlaşdığı çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Qanunvehedef.az xəbər verir ki, hadisə 11 saylı binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Bina sakinləri FHN əməkdaşları tərəfindən təxliyə edilib. İlkin məlumata görə, bir neçə bina sakini qatı tüstüdən zəhərlənib və onlar xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, yanğın binanın elektrik naqilləri keçən şaxtasında baş verib.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar