Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xan Şuşinskinin oğluna yüksək vəzifə verildi

Baxılıb: 983     Tarix: 08-11-2018 17:59   

Məşhur muğam ustadı, xalq artisti Xan Şuşinskinin oğlu Aslan Cavanşirova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yüksək vəzifə verilib.
Belə ki, Aslan Cavanşirov 2018-ci ilin 3 oktyabr tarixindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.
Məlumat üçün bildirək ki, Aslan İsfəndiyar oğlu Cavanşirov 1962-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun məzunudur. İxtisasca iqtisadçıdır. Müxtəlif dövrlərdə Neft - qaz sənayesində və elektroenergetika sahəsində çalışıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə işə qəbul edilənədək sonuncu iş yeri "Azərişıq" Açıq Səhmdar Cəmiyyətində şöbə rəisi vəzifəsi olub.
1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Aslan Cavanşirovun atası mərhum xanəndə, dahi muğam ustadı, xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-1979-cu illərdə yaşayıb.



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar