Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Nazir açıqladı: Məqsəd İrəvanı kənarda qoymaqdır

Baxılıb: 1 567     Tarix: 23-11-2018 16:26   

Transxəzər Nəqliyyat Dəhlizinin təşviqi üçün təqdimat növbəti il Hindistanda həyata keçiriləcək .
Qamnunvehedef.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit potensialına dair bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, bundan əvvəl dəhlizin Türkmənistan, Gürcüstan, Çində təqdimatı keçirilib.
“Çinin iki şəhərində dəhlizə dair təqdimatlar keçirilib. Çinin Trans Xəzər Nəqliyyat Dəhlizinə marağı var. Bu məsələlərin müzakirəsi üçün Çin tərəfindən nümayəndə heyəti ölkəmizə dəvət edilib. Bu zaman həm daşınmaların tarifi, həm də digər məsələlər müzakirə ediləcək. Müzakirələrdə Qazaxıstan, Azərbaycan, Türkiyə və hətta Gürcüstan da müzakirələrə cəlb ediləcək. Tarif xərcləri ilə bağlı tərəfdaş ölkələrin də fikirlərinin öyrənilməsi vacibdir”.
Nazir bildirib ki, bütün bu layihələr Azərbaycan Prezidentinin nazirlik qarşısında qoyduğu tələblər əsasında həyata keçirilir:
“Məqsədimiz Azərbaycanın Beynəlxalq nəqliyyat dəhlizinin qovşağına çevrilməsidir. Nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçərkən düşmən ölkəni bu dəhlizlərdən kənarda qoymaq məqsədi güdürük”.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar