Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanın 23 rayonu ilə bağlı MÜHÜM QƏRAR: SİYAHI

Baxılıb: 911     Tarix: 24-11-2018 16:27   

Bu ilin 9 ayı ərzində Azərbaycanın 23 rayonunda 54 layihə, o cümlədən 12 respublika əhəmiyyətli, 37 kəndlərarası, 2 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayıt şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb.
Qanunvehedef.az publika.az-a istinadla xəbər verir ki, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov qurumun 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclasında deyib.
O bildirib ki, hesabat dövründə respublikamızın ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 9 körpü təmir edilib. Bundan əlavə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə başlanılıb.
S.Məmmədov qeyd edib ki, bu layihələrin həyata keçirilməsi 834 min nəfər əhalinin yaşadığı 494 yaşayış məntəqəsini əhatə edərək, onların 1223 km uzunluğunda rahat avtomobil yollarından istifadə etməsinə imkan verib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar