Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda Qarabağ mitinqi keçiriləcək

Baxılıb: 1 313     Tarix: 28-11-2018 17:33   

Qarabağ Komitəsinin növbəti toplantısı keçirilib.
Qurumdan bildirilib ki, toplantıda öncə təşkilati məsələlərə baxılıb. Şaiq Süleymanov, Fikrət Cəfərlu, Aydın Canıyev, Nazim Quliyev, Rüfət Hacıbəyli və Cəfər Baxış yekdilliklə Qarabağ Komitəsinə üzv seçiliblər. İclasda digər gündəm məsələləri də müzakirə olunub.
İlham İsmayılın sədrliyi ilə keçirilən gərgin və ciddi müzakirələrdə Qarabağ Komitəsinin qarşıdakı müddət üçün fəaliyyət proqramı müzakirə olunub və müzakirələrdə Əvəz Zeynallı, Tural Abbaslı, Akif Nağı, Rövşən Məmmədli, Pənah Hüseyn, Əhəd Məmmədli, Mirmahmud Mirəlioğlu, Sahib Kərimli, Sahib Mirzəyev, Rəşid Əlibəyli və digərləri bu və ya digər məsələlər ətrafında fikirlərini bildiriblər.
Qarabağ Komitəsi 22 nəfər lehinə, 4 nəfər əleyhinə, 2 nəfər isə bitərəf olmaqla dekabrın 15-nə yenidən mitinq təyin edib.
Mitinqin Bakı şəhərindəki "Məhsul" stadionunda saat 15.00-17.00-da "Qarabağa azadlıq!", "İşğala son!" şüarları ilə keçirilməsi qərara alınıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar