Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycanda bu bələdiyyələrin adı dəyişdirildi - Siyahı

Baxılıb: 793     Tarix: 30-11-2018 16:42   

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda bir neçə bələdiyyənin adının dəyişdirilməsi məsələsi müzakirə edilib və bununla bağlı “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi təklif olunub.
Qanunvehedef.az xəbər verir ki, dəyişikliklə, Ağsu rayonunun Gürcüvan bələdiyyəsi Xanbulaq, Goranboy rayonunun Ağamalıoğlu bələdiyyəsi Düzqışlaq, Əzizbəyov bələdiyyəsi Kəhrizli, Xaçmaz rayonunun Alekseyevka bələdiyyəsi Çaykənarı, Müqtədir bələdiyyəsi İstisu, Xızı rayonunun Şuraabad bələdiyyəsi Şorabad, Qusar rayonunun Şirvanovka bələdiyyəsi Şirvanlı, Masallı rayonunun Kalinovka bələdiyyəsi Viləş, Saatlı rayonunun Xanlarkənd bələdiyyəsi Nabatkənd, Qarayevkənd bələdiyyəsi Orta Muğan, Samux rayonunun Qırmızı Samux bələdiyyəsi Qaraağaclı, Şəmkir rayonunun Qasım İsmayılov bələdiyyəsi Ağlavaşlı, Muxtariyyat bələdiyyəsi Qədimqala adlandırılır.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar