Ulu Öndərin anım günü Azərbaycan xalqının, eləcə də dünyanın müxtəlif ölkələrində on minlərlə insanın ehtiramla yad etdikləri böyük dövlət adamı və təkrarsız siyasətçi Heydər Əliyev sağlığında da kifayət qədər nüfuz və şöhrətə malik idi.
Baxılıb: 771 Tarix: 09-12-2018 13:11
Dağın ucalığı və əzəməti uzaqdan daha aydın görünür. Böyük şəxsiyyətlər də belədir. Yalnız aradan zaman keçəndən sonra onların möhtəşəmliyi, xalqın tarixində və insanların ürəyində qoyduqları izlərin əbədiliyi, eləcə də həyatdan köçmələri ilə bağlı yaranmış itkinin ağırlığı daha bariz şəkildə meydana çıxır. Ulu Öndərin anım gününü Azərbaycan xalqının, eləcə də dünyanın müxtəlif ölkələrində on minlərlə insanın ehtiramla yad etdikləri böyük dövlət adamı və təkrarsız siyasətçi Heydər Əliyev sağlığında da kifayət qədər nüfuz və şöhrətə malik idi. İnsanların ürəyində özünə yer tapmışdı. Müstəqil Azərbaycanın dövlət başçısı kimi böyük uğurlara imza atmışdı. Bir sözlə, tarixdə öz yerini tutmuşdu. Zaman baxımından Heydər Əliyevdən nə qədər uzaqlaşırıqsa, o, gözlərimiz önündə bir o qədər böyüyür. Aradan ötən hər il bizə Heydər Əliyev fenomenini dərk etməyə, onun gördüyü işlərin miqyasını və zəngin irsinin dəyərini dərindən anlamağa imkan verir.
Ulu öndər bütün sahələrdə olduğu kimi, Azərbaycan səhiyyəsini, tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər respublika səhiyyəsində mövcud olan durğunluğun aradan qaldırılmasına səy göstərirdi və buna müvəffəqiyyətlə nail olurdu. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev ölkə səhiyyəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasda tanınmasına, dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı.
XX əsrin 70-ci illərinin əvvəllərindən etibarən ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşə və ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu, gələcəyin kadr hazırlığının təmin olunmasına istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. Böyük rəhbər gənclərin təhsilinə, işlə təmin edilməsinə, hərtərəfli inkişafına, onların dünyagörüşünün genişlənməsinə, beynəlxalq əlaqələrin artmasına, yeniliklərdən bəhrələnmələrinə, fiziki və əqli cəhətdən sağlam böyümələrinə xüsusi diqqət yetirirdi. O, "Gənclər bizim gələcəyimizdir" dedikdə, Azərbaycanın gələcəyinin ağıllı, savadlı, bacarıqlı gənclərin əlində olmasını arzulayırdı. Böyük rəhbər bilirdi ki, gənclər cəmiyyətin indikatoru, lakmus göstəricisidir. Belə ki, hər bir ölkədə cəmiyyətin səviyyəsini müəyyənləşdirən əsas qüvvə gənclərdir. Ümummilli lider Heydər Əliyev həmişə deyirdi ki, "dövlətimizin gələcəyi bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır". Hər bir ölkənin istər intellektual, istər mədəni, elmi, siyasi, istərsə də idarəçilik, dövlətçilik səviyyəsi onun gənclərinin intellektual potensialı ilə ölçülür. Bütün bunları incəliklərinə qədər bilən, hətta onların görünməyən tərəflərini belə görə bilən ulu öndər gənclərin təhsilinə, tərbiyəsinə, ictimai- siyasi baxışlarının itiliyinə diqqət yetirərək, bu istiqamətdə inkişaflarına geniş şərait yaradırdı. Bununla o, XXI əsrin yüksək səviyyəli insanlarını yetişdirir, milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik, azərbaycançılıq duyğularımızın saflığına, ucalığına çalışırdı. Bu yanaşma tərzi ilə Heydər Əliyev Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu müasir tələblərin bütün atributları ilə beynəlxalq miqyasda təmsil etməyə qadir olan, vətəni, milləti göz bəbəyi kimi qorumağa, ictimai-milli mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa hazır olan gənclər ordusunun təməlini qoydu. İndi son dərəcə möhkəm və əzəmətli görünən bu təməl öz gücünü gələcəkdə daha da artıracaq, Azərbaycana ləyaqətlə xidmət edəcəkdir. Heydər Əliyev dühasının uzaqgörən siyasətinin süzgəcindən süzülən ideyalarının ən möhtəşəm uğurlarından biri də ondan ibarət oldu ki, ulu öndər Azərbaycana İlham Əliyev kimi gənc Prezident bəxş etdi. Ulu öndərin xalqımız tərəfindən bəyənilən və dəstəklənən iqtisadi-siyasi kursunu hazırda ölkə Prezidenti cənab İlham Əliyev böyük uğurla davam etdirir.
Əvəzolunmaz şəxsiyyət allah sizə qəni-qəni rəhmət eləsin.
Südabər İsmayılova
Şəki Şəhər Təhsil şöbəsinin müdiri
Ən çox oxunanlar
Son xəbərlər