Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Heydər Əliyev xalqın yaddaşına qurucu və xilaskar dövlət xadimi, əbədi xalq məhəbbəti qazanmış milli lider kimi həkk olunmuşdur

Baxılıb: 728     Tarix: 10-12-2018 16:34   

Ölkəmizin hər yerində olduğu kimi, Qəbələ şəhər 3 № tam orta məktəbdə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilir. Tədbiri giriş sözü ilə açan Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin direktoru Ədilə Tağıyeva qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin dinamik inkişafına və beynəlxalq aləmdə öz layiqli yerini tutmasına görə xalqımız ümummilli lider Heydər Əliyevə borcludur. Heydər Əliyev xalqın yaddaşına qurucu və xilaskar dövlət xadimi, əbədi xalq məhəbbəti qazanmış milli lider kimi həkk olunmuşdur. 
Ədilə Tağıyeva “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda məruzə ilə çıxış edib. Ədilə müəllimə bildirib ki, Azərbaycan təhsilinin davamlı inkişafı Ümummilli Liderin siyasi fəaliyyətinin mühüm tərkib hissəsi olub. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin hərtərəfli inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsi və yüksəlməsinə, Azərbaycan təhsilinin,mədəniyyətinin və incəsənətinin bütün dünyada tanınmasına həsr edib, bu sahədə misilsiz xidmətlər göstərib.
Məktəbin direktoru vurğulayıb ki, azərbaycançılıq ideologiyası Azərbaycanı yüksəltmək, dünyada tanıtmaq və onun əbədiliyini qorumaqdır. Ulu Öndər bütün ömrü boyu məhz bu müqəddəs və ali məqsədə nail olmaq üçün çalışırdı. O, bu yolda təhsilimizin, bədii ədəbiyyatımızın, incəsənətimizin və bütövlüklə mədəniyyətimizin böyük imkanlarına güvənirdi.
Tədbirlərdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Qeyd olunub ki, ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır. Çıxış edənlər ulu öndərin irsinin dərindən və hərtərəfli öyrənilməsinin əhəmiyyətindan danışıb, ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və müstəqil Azərbaycan xalqının qurucusu Heydər Əliyevin daim qəlblərdə yaşayacağını vurğulayıblar. “Sən elə bir zirvəsən”, “Heydər Əliyev və müasir Azərbaycan tarixi”, “Dahi rəhbər”, “Mən
azərbaycanlıyam!”, “Qəlblərdə yaşayan lider”, “Mənalı ömrün izi ilə”, “Dahilər heç vaxt unudulmur”, “Azərbaycan xalqının ən böyük sərvəti”, “Şəxsiyyətin zirvəsi” adlı tədbirlərdə şagirdlər müdrik siyasətçi Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Tədbirlərdə şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib, eyni zamanda ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər nümayiş olunub. Həmçinin, fotostendlər, şagirdlərin əl işlərindən ibarət sərgilər də nümayiş olunub.

Əvəzolunmaz şəxsiyyət allah sizə qəni-qəni rəhmət eləsin.

Ədilə Tağıyeva
Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin direktoru
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar