Azərbaycanda ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunur
Baxılıb: 1 036 Tarix: 10-12-2018 17:29
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxillik ictimai-siyasi fəaliyyəti böyük bir epoxanı əhatə edir. Sovet rejiminin inkişafda olan dövrü (1969-1986), mürəkkəb keçid prosesləri (1987-1990), Azərbaycanın dövlət müstəqilliyi mərhələsi (1991-2003) kimi səciyyələnən 35 illik bir epoxanın aparıcı şəxsiyyətlərindən, əsas simalarından olan Heydər Əliyevin böyük siyasətdə keçdiyi çətin və şərəfli yol, sərt və mürəkkəb məqamlarda onun tutduğu obyektiv və qəti mövqe, atdığı düşünülmüş addımlar, əldə etdiyi ciddi və mühüm nəticələr çox mənalı və ibrətamiz məktəbdir.
Bu təlim beynəlxalq siyasi aləmdə və Azərbaycanda özünəməxsus xüsusi yeri və əhəmiyyəti olan, tarixə düşən, hər yeni tarixi mərhələ üçün aktuallıq və müasirlik kəsb edən həmişəyaşarlıq qazanmış Heydər Əliyev siyasi məktəbi kimi özünü təsdiq etmişdir. Eyni zamanda, Heydər Əliyevin qiymətli siyasi irsi – məruzələri, nitqləri, çıxışları, imzaladığı tarixi qərarlar və sərəncamlar, verdiyi tapşırıq və tövsiyələr küll halında həmin böyük siyasət məktəbinin möhtəşəm və mötəbər dərslikləridir. Beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyevin simasında böyük, əbədiyaşar siyasətin nəzəriyyəsi və təcrübəsi bütün zənginliyi ilə vahid məcrada birləşir.
HEYDƏR ƏLİYEV SİYASİ KURSU – BU BÖYÜK DÜHANIN PARLAQ ADINI VƏ ÇOXCƏHƏTLİ FƏALİYYƏTİNİ, GENİŞ DÜNYAGÖRÜŞÜNÜ VƏ MƏNALI İRSİNİ ƏHATƏ EDƏN ZƏNGİN DÖVLƏTÇİLİK TƏLİMİ, SİYASİ-İDEOLOJİ BAXIŞLAR SİSTEMİDİR.
HEYDƏR ƏLİYEV SİYASİ KURSU – QLOBAL YANAŞMA İLƏ MİLLİ DƏYƏRLƏRİN VƏHDƏTİNDƏN YOĞRULMUŞ DÜŞÜNÜLMÜŞ YETKİN DÖVLƏTÇİLİK TƏLİMİDİR.
HEYDƏR ƏLİYEV SİYASİ KURSU – MİLLİ DÖVLƏTÇİLİK TƏLİMİNİN STRATEGİYASINDAN VƏ XALQIN İNKİŞAF DİALEKTİKASININ TAKTİKASINDAN İBARƏTDİR. HAQLI OLARAQ DEYİLDİYİ KİMİ, O, BÖYÜK SİYASƏTİN UZAQVURAN TOPU, AĞIR ARTİLLERİYASI İDİ.
HEYDƏR ƏLİYEV SİYASİ KURSU – XALQI BİRLƏŞDİRƏN, ƏLAQƏLƏNDİRƏN, SƏFƏRBƏR EDƏN VƏ DAHA BÖYÜK GƏLƏCƏYƏ APARAN GERÇƏKÇİ SİYASƏTİN İFADƏSİDİR.
HEYDƏR ƏLİYEV SİYASİ KURSU – MÜSTƏQİLLİK QAZANMIŞ ÖLKƏLƏRİN DÖVLƏT QURUCULUĞUNUN İNKİŞAF ETDİRİLMƏSİ VƏ MÖHKƏMLƏNDİRİLMƏSİ ÜÇÜN SINAQLARDAN ÇIXMIŞ MODELDİR.
NƏHAYƏT, HEYDƏR ƏLİYEV SİYASİ KURSU – CƏMİYYƏT HƏYATININ, ÜMUMMİLLİ İNKİŞAFIN ƏBƏDİYYƏT ÜNVANLI LOKOMOTİVİDİR.
ÇOX ÇƏTİN SINAQLARDAN ÇIXMIŞ HEYDƏR ƏLİYEV SİYASİ KURSUNUN NÜVƏSİNİ, CÖVHƏRİNİ MİLLİ DÖVLƏTÇİLİK TƏLİMİ TƏŞKİL EDİR. BÖYÜK DÖVLƏT XADİMİ HEYDƏR ƏLİYEVİN UĞRUNDA MÜBARİZƏ APARDIĞI, ƏMƏLİ FƏALİYYƏTİ İLƏ ƏSAS KONTURLARINI MÜƏYYƏN ETDİYİ MİLLİ DÖVLƏTÇİLİK TƏLİMİNİN ƏSASINDA AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ DAYANIR.
AZƏRBAYCANÇILIQ – ÜMUMTÜRK KÖKLƏRİNƏ BAĞLI OLAN MİLLİ MƏFKURƏDİR.
BÜTÖVLÜKDƏ AZƏRBAYCANÇILIQ – MÜSTƏQİL BİR DÖVLƏTİN QURULUB MÖHKƏMLƏNDİRİLMƏSİ VƏ İNKİŞAF ETDİRİLMƏSİ FƏLSƏFƏSİNİ ƏKS ETDİRİR.
BU MƏNADA AZƏRBAYCANÇILIQ HEYDƏR ƏLİYEV SİYASİ KURSUNUN TAC DAMARIDIR, ANA XƏTTİDİR.
AZƏRBAYCANÇILIĞIN HEYDƏR ƏLİYEV TƏLİMİ DÜNYA AZƏRBAYCANLILARININ ÜMUMMİLLİ İDEALLARINI ƏKS ETDİRƏN VƏ ONLARIN HƏMRƏYLİYİNİ İFADƏ EDƏN BÖYÜK TƏLİMDİR.
MÜSTƏQİL AZƏRBAYCAN İSƏ BÖYÜK İDEALLARA VƏ UNİVERSAL ZƏKAYA MALİK OLAN HEYDƏR ƏLİYEV DÜHASININ ŞAH ƏSƏRİDİR.
Məhz Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində azərbaycançılıq təlimi müstəqil Azərbaycanın dövlətçilik ideologiyasına çevrilmişdir. Bu görkəmli dövlət xadimi ilk dəfə olaraq dünya azərbaycanlılarını böyük siyasətinin cazibəsində vahid Vətən amalı ətrafında birləşdirmişdir. Dünya azərbaycanlılarının qurultayları milli tariximizə Azərbaycan xalqının dünyanın müxtəlif qitələrinə səpələnmiş nümayəndələrinin Heydər Əliyev forumu kimi daxil olmuşdur. “Hamımızın bir vətəni var. Bu – Azərbaycandır!” kimi ata sözünə çevrilmiş müdrik kəlamın da müəllifi Heydər Əliyevdir. Heydər Əliyev 50 milyonluq dünya azərbaycanlılarının ümummilli lideridir. Bütün bunlara görə Heydər Əliyevin azərbaycançılıq təlimi tarixi dəyərlərlə müasir inkişafı özündə üzvi surətdə birləşdirir.
Əvəzolunmaz şəxsiyyət allah sizə qəni-qəni rəhmət eləsin.
Rəfael Rəsulov
Qəbələ şəhər bazarının sahibkarı
Ən çox oxunanlar
Son xəbərlər