Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Onu necə unutmaq olar?!

Baxılıb: 824     Tarix: 11-12-2018 16:41   

(Ulu öndər Heydər Əliyevin anım gününə)
Biz onu heç zaman unutmayacağıq. 20 Yanvar faciəsindən dərhal sonra öz əzizləri ilə birgə Rusiyadakı Azərbaycan nümayəndəliyinə gəlib, öz həyatını və doğmalarının həyatını xalqı, milləti üçün təhlükəyə atan böyük şəxsiyyəti necə unutmaq olar?!
Biz onu heç zaman unutmayacağıq. Çünki xalqın ağır və keşməkeşli günlərində o səhhəti hesabına, həyatı və gücü hesabına xalqa həyan oldu, gəldi, qurdu, düzəltdi, hər şeyi sahmana saldı.
Biz onu heç zaman unutmayacağıq. Necə unutmaq olar ki, əlində coğrafiya müəlliminin çubuğu xəritə qarşısında onlarla, yüzlərlə xarici ölkə liderlərinə Azərbaycan, Dağlıq Qarabağ, Azərbaycan həqiqətləri haqqında usanmadan, yorulmadan məlumatlar verdi. Bu gün Azərbaycanın haqq səsi, ədalətli səsi dünyada artıq qəbul edilirsə, artıq dünya liderləri, dünya ictimaiyyəti Azərbaycanla bağlı həqiqətlərin kökünü bilirsə, bunun üçün biz ancaq ona minnətdarıq.
Bütün sovet və postsovet məkanında ilk dəfə olaraq Naxçıvanda dalğalandırılan üçrəngli bayrağın əzəmətini necə unutmaq olar?!
Onun gözəl Azərbaycan dilini necə unutmaq olar? Onun ürək yanğısıyla, yaralı ürəklə oxuduğu “Alagöz” mahnısını necə unutmaq olar?
Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” vüqarlı cümləsini necə unutmaq olar?!
Onun müdrikliyini, Azərbaycanın gələcəyi üçün işıqlı yol və düzgün istiqamət müəyyən etdiyini necə danmaq olar?
Onun möhtəşəm qayıdışları olub. Ulu öndər hakimiyyətə qayıdışı ilə bir daha sübut etdi ki, onun azərbaycanlı qəlbi, azərbaycanlı iradəsi, azərbaycanlı daxili möhtəşəmliyi əbədidir və sarsılmazdır. O, ikinci dəfə hakimiyyətə qayıtdı. Onun daha bir qayıdışı hamının burda xatırladığı zəlzələ gününə təsadüf etdi. Zəlzələ zamanı heç kim deyə bilməz ki, hansı bina uçacaq, hansı bina qalacaq, Ulu öndər zəlzələ baş verən andan iş başındaydı, o, iş yerinə qayıtdı, bu da onun bir qayıdışı idi.
Ulu öndərin daha bir qayıdışı gənc zabitlər qarşısında çıxışı zamanı oldu. Səhhətinin pisləşməsi, səhnədən getməsi və yenidən öz canının, öz qanının, öz səhhətinin hesabına daxilindən gələn bir güclə, enerji ilə səhnəyə qayıdışını necə unutmaq olar?!
Onun ən böyük və ən möhtəşəm qayıdışı bu gün Prezident İlham Əliyevin simasında baş verir və bunu necə unutmaq olar ki, onun yolu da, dəst-xətti də, onun göstərdiyi istiqamət də son dərəcə dərindən-dərinə düşünülmüş bir cəsarətli siyasətlə davam və inkişaf etdirilir.
Biz onu heç zaman unutmayacağıq!
Kamal Abdulla
ADU-nun rektoru, akademikшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar