O, güclüdür- rəqiblərinə baxanda bunu aydın görmək olur
Baxılıb: 755 Tarix: 23-12-2018 22:46
Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində ən qüdrətli çağlarını yaşayan müstəqil Azərbaycan dövlətinin bugünkü yüksəlişində də Yeni Azərbaycan Partiyasının möhtəşəm imzası var. Bu yüksəliş, tərəqqi Heydər Əliyev partiyasının gələcəyə baxışından, cəmiyyətə təlqin etdiyi dəyərlərdən, ən mühümü isə, ona rəhbərlik edən Liderin şəxsiyyətindən, mənəvi keyfiyyətlərindən başlanır. Yeni Azərbaycan Partiyası ona görə dünənin, bu günün və gələcəyin partiyasıdır ki, bu partiyanın liderləri Vətənin dünənini tarixiləşdirən, bu gününə rifah, tərəqqi gətirən və gələcəyini aydınlaşdıran şəxsiyyətlərdir.
Cənab İlham Əliyev Öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır. Yeni minilliyin başlanğıcında bu statusun dəyər və meyarlarını formalaşdırır. Bir tərəfdən klassik liderlik konsepsiyası, digər tərəfdən də müasir liderlərə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan tələblər prizmasından yanaşmaqla O, əsl liderin bütün keyfiyyətlərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirə bilir.
Cənab İlham Əliyev bütün dünyada çox az təsadüf edilən liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm qurucu rəhbər obrazlarını Onun siyasi portetində tapa bilir.
Bu gün əminliklə söyləmək olar ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət cəmiyyət üzvlərinin arzularının ifadəçisi olmaqla yanaşı, xalqımızın və dövlətimizin ali mənafeyinə xidmət edir.
Cənab Prezident! "Doğum gününüz münasibətilə bizim kollektivin səmimi təbriklərini qəbul edin. Sizə xas olan böyük fədakarlıq, geniş təfəkkür, yüksək peşəkarlıq Azərbaycan Respublikasının qarşısında duran mürəkkəb məsələləri həll etməyə imkan verir
Azad Abduləzizov
Qəbələ avtovağzalının direktoru
Ən çox oxunanlar
Son xəbərlər