Azərbaycanın firavanlaşmasına və davamlı inkişafına sanballı töhfə verməkdə davam edəcək.
Baxılıb: 702 Tarix: 23-12-2018 23:12
Sizin ali dövləti fəaliyyət sahəsində çoxillik təcrübəniz, xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş gərgin səyləriniz bundan sonra da Azərbaycanın firavanlaşmasına və davamlı inkişafına sanballı töhfə verməkdə davam edəcək.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Ulu öndər Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ümumxalq dəstəyi dövlətimizin başçısının parlaq qələbəsini şərtləndirən əsas amil hesab olunur. Cənab İlham Əliyevin bu günədək irəli sürdüyü təşəbbüslər, təsdiq etdiyi proqramlar, verdiyi qərarlar xalqın istək və arzularını əks etdirmiş, onların həyata keçirilməsi nəticəsində əldə olunmuş böyük uğurlar isə vətəndaşların öz liderinə inamını daha da artırmışdır. Bu inam və dəstək 2018-ci ildə Azərbaycan Prezidentinin qarşıdan gələn dövrdə cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirmək, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə yüksəltmək planlarına ümumxalq dəstəyində öz ifadəsini tapmışdır. Cənab İlham Əliyev də xalqın güclü dəstəyini, etimadını görür və buna görə daha da cəsarətlə, inamla milli maraqlara əsaslanan siyasətini davam etdirir.
Cənab Prezident İcazə verin, fürsətdən istifadə edərək sizi ad günü və qarşıdan gələn yeni, 2019-cu il münasibətilə təbriklərimi, möhkəm cansağlığı və Azərbaycan Respublikasının rifahı naminə daha böyük nailiyyətlər arzularımı bildirim".
Təbriz Abdulxalıq
Qəbələ şəhər İcra Hakimiyyətinin
Memarlıq və Tikinti şöbəsinin müdiri
Ən çox oxunanlar
Son xəbərlər