Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qobustana gələn turistlərin sayı 50 faiz artıb – Rəsmi

Baxılıb: 894     Tarix: 10-01-2019 11:27   

Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 123 mindən çox turist ziyarət edib.
Mədəniyyət Nazirliyindən Kult.az-a bildirilib ki, qoruğun direktoru Vüqar İsayev 2018-ci ildə Qobustan qayaüstü rəsmlərini görmək üçün buraya gələn ziyarətçilərin sayının 2017-ci illə müqayisədə 40 min nəfər (təxminən 50 faiz) artdığını deyib. Onun sözlərinə görə, 123 min ziyarətçidən 58 mini xarici ölkə vətəndaşlarıdır:
“Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən-Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi”.
Vüqar İsayev həmçinin vurğulayıb ki, ötən il ziyarətçilərə göstərilən xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə qoruq daxilində asfalt yollar təmir edilib, istiqamətləndirici yol nişanları quraşdırılıb, Böyükdaş dağında yerləşən iaşə obyekti tamamilə yenidən qurulub.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qobustan qoruğunda 2011-ci ildə istifadəyə verilən muzey kompleksi müasir standartlara uyğundur. Kompleks 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar