Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

2019-cu il Qarabağda... - Dünya analitiklərindən GÖZLƏNİLMƏZ PROQNOZ

Baxılıb: 757     Tarix: 11-01-2019 14:57   

Dünyada gərginliyin olduqca yüksək olmasına baxmayaraq, Moskvada və Nyu-Yorkda analitiklər 2019-cu ildə xoş sürprizlərin olacağını proqnozlaşdırırlar.
Qanunvehedef.az publika.az-a istinadla xəbər verir ki, 20 ildir biznes üçün qlobal siyasi riskləri qiymətləndirən ABŞ-da "Eurasia Gruop" analitik mərkəzi dünyada son onilliklər ərzində ən təhlükəli vəziyyətin yetişdiyini qeyd edir. Lakin 2019-cu ilin kifayət qədər yaxşı keçəcəyi qiymətləndirilir.
MDB İnstitutunun "Avrasiy strategiyaları" agentliyi də dünyanın ümumilikdə qarşıdurmalar yaşadığına diqqət çəkir. Hərçənd, rusiyalı analitiklər də bu il xoş yeniliklərin olacağını proqnozlaşdırırlar.
Onların fikrincə, bu il münaqişələrin həllində və toqquşmaların azalmasında mühüm il ola bilər.
"Xüsusilə Dağlıq Qarabağda, Suriyada, Ukraynada, Yəməndə və İranda sakitlik hökm sürə və həll prosesi tapıla bilər", - deyə rusiyalı analitiklər vurğulayır.
Tədqiqatçılar Rusiya və Yaponiya arasında da sülh müqaviləsinin imzalanması üçün yaxşı şəraitin yetişdiyini bildirirlər.
Burada diqqət çəkən məqam Dağlıq Qarabağ münaqişəsində bu il həll prosesinin başlana biləcəyi proqnozudur. Münaqişə ətrafında belə bir vəziyyətin yetişdiyi müşahidə olunur. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin "2019-cu il Qarabağ münaqişəsinin həlli ilə bağlı dönüş ili ola bilər" açıqlaması proseslərin müsbət yöndə getdiyi ehtimalını artırır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar