Ağcabədi rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Baxılıb: 999 Tarix: 22-01-2019 23:51
Suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Yeni subartezian quyuları qazılır, yeni suvarma kanalları çəkilir, mövcud subartezian quyuları, kanallar və hidrotexniki qurğular təmir edilir.
Ağcabədi Subartezian Quyularının Təmiri İdarəsinin rəisi Əli Əliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır. Əli Əliyev adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər.
Əli müəllimin rəhbərlik etdiyi Ağcabədi Subartezian Quyularının Təmiri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Əhalinin içməli, əkin sahələrinin suvarma suyu ilə təminatı vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Suyu əkin sahələrinə ötürən nasos stansiyaları əsaslı və cari təmir olunur. Suvarma kanallarının ildən-ilə təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. Kollektiv daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri İdarənin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir. İdarənin balansında olan quyuların 855-i əkin və həyətyanı sahələrin suvarılmasında, 94-ü isə içməli su üçün istifadə olunur. Subartezian quyuları vasitəsilə rayonun 34 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir. Son 5 ildə rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 87 ədəd yeni subartezian quyusu qazılaraq istifadəyə verilib.
Əli müəllimin dəfələrlə qeyd etdiyi kimi, dövlət başçısının ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verdiyi yüksək qiymət melioratorlarımızı daha səylə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir. Belə qayğılı münasibətdən ruhlanan Ağcabədi Subartezian Quyularının Təmiri İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Yerlərdə “Sudan İstifadə edənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində işlər də tamamlanmışdır.
Ən çox oxunanlar
Son xəbərlər