Oktay müəllim - Şəki rayonu tütünçülüyün inkişafı baxımdan böyük potensiala malik bölgələrimizdəndir.
Baxılıb: 887 Tarix: 28-01-2019 11:23
Tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək diqqətin göstərilməsi, subsidiyaların ayrılması, tütünün satış qiymətinin artırılması fermerlərin bu sahəyə marağını xeyli artırıb. Şəki rayonu tütünçülüyün inkişafı baxımdan böyük potensiala malik bölgələrimizdəndir. Şəki rayonunda tütünçülüyü inkişaf etdirən sahibkarlardan biri də Oktay müəllimdir. Oktay müəllimin fikrincə Azərbaycanda tütünçülüyün inkişafı üçün lazım olan bütün şərtlər mövcuddur. Bu sektorda həm böyük ənənə və təcrübə, həm keçmiş strukturdan qalma mütəxəssis bazası, emal fabrikləri, ucuz və yerli xammal əldə etmək və nəhayət, daxili və xarici bazara çıxış imkanları var. Tütünçülüyün inkişafına göstərilən diqqət, onu deməyə əsas verir ki, yaxın perspektivdə istehsalı dəfələrlə artırmaq mümkün
olacaq. Bu baxımdan, satış bazarını tapmaq, daxili bazarı tam təmin etmək, sonrakı mərhələdə ixrac imkanlarını genişləndirmək qarşıda duran əsas vəzifədir. Bu məqsədlərə nail olmaq üçün dövlətimizin başçısı hökumət qarşısında ciddi vəzifələr qoyub. Çünki tütünçülük post-neft dövründə ölkə iqtisadiyyatının inkişafını təmin edə biləcək əsas sahələrdən sayılır.
Oktay müəllim rayonda gördüyü xeyriyyə işləri, əməlləri ilə bir çox idarə və təşkilat rəhbərlərinə əsl insanlıq nümunəsidir. Sadəliyi və insani hərəkətləri ilə heç vaxt öz təvazökar davranışlarında qüsura yol verməmişdir. Oktay müəllim Şəki rayonunda tütünçülüyün inkişafı üçün uğurla çalışaraq,möhtəşəm layihələrin həyata keçirilməsinə zəmin yaratmışdır. Bizdə hörmətli Oktay müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.
Ən çox oxunanlar
Son xəbərlər