Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Parlamentin komissiyalarının yeni tərkibi təsdiq edilib - SİYAHI

Baxılıb: 1 035     Tarix: 01-02-2019 12:24   

Azərbaycan Milli Məclisinin İntizam komissiyasının və Hesablayıcı komissiyasının yeni tərkibi təsdiq edilib.
Qanunvehedef.az-ın xəbərinə görə, bununla bağlı məsələ parlamentin 2019-cu il yaz sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.
İntizam Komissiyasının tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.
Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb.
Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.
Qanunverici orqanın Hesablayıcı komissiyasının isə tərkibi dəyişməyib.
Komissiyaya Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyeva daxildir.



{sape_links}{sape_article}