Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda "QAZ" yığılacaq

Baxılıb: 796     Tarix: 09-02-2019 11:28   
Bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş" şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu" (QAZ Qrup) şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
Qanunvehedef.az "report"a istinadla xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin tədbirdə iştirak edib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, zavodun dəyəri 14 mln. manatdır: "Zavod tam olaraq "Azərmaş" şirkətinə məxsusdur. Burada ildə, təxminən, 1 000 ədəd "QAZ" markalı, müxtəlif təyinatlı avtomobil yığılacaq. Zavodda 100 nəfərin işlə təminatı nəzərdə tutulur".
Zavodun inşasının 2020-ci ildə yekunlaşması nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci ilin aprel ayında "QAZ" markalı avtomobillərin Azərbaycanda yığımına dair əməkdaşlıq haqqında memorandum imzalanıb. Memarandumuna əsasən, Rusiya tərəfi azərbaycanlı tərəfdaşlarını lazımi qədər maşın hissəsi ilə təmin edəcək və Hacıqabulda yığım həyata keçiriləcək. Söhbət yüngül kommersiya maşınları - "QAZel Next", "QAZel Biznes", eləcə də orta tonnajlı yük maşını - "QAZon next"dən gedir. Bundan başqa, təcili tibbi yardım və məktəb maşınları üçün avadanlıqların istehsalı da nəzərdə tutulur. İstehsal prosesində Azərbaycanda hazırlanmış komponentlərdən istifadə edilməsi də planlaşdırılır.



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar