Millət vəkilləri insanları təxribatlara uymamağa çağırırlar
Baxılıb: 1 051 Tarix: 17-02-2019 00:25
''Azərbaycan xalqı ilə çeçen xalqı arasında tarixi sıx münasibətlər mövcuddur və bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr məqsədlərinə nail ola bilməyəcəklər''.
Qanunvehedef.az xezerxeber.az-a istinadən bildirir ki, bu fikirləri millət vəkilləri Moskvada azərbaycanlılar və çeçenlər arasında baş verən insidentə münasibət bildirərkən səsləndiriblər.
Hər iki tərəfdən verilən rəsmi açıqlamalar, eyni zamanda icmalar arasında görüşlər isə millət vəkilləri tərəfindən müsbət qarşılanıb.
Millət vəkilləri bildiriblər ki, Azərbaycan və çeçen xalqları arasındakı tarixi əlaqələri pozmağa çalışan qüvvələr buna nail ola biləcəklərini düşünürlərsə, yanılırlar.
Millət vəkilləri deyirlər ki, insidentdən sonra həm Azərbaycan, həm də çeçen rəsmilərinin açıqlama ilə çıxış etmələri və bu hadisələri pisləmələri münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir.
Elə Rusiya Dumasının üzvləri də azərbaycanlı həmkarları ilə eyni fikirdədir. Dövlət Dumasının deputatı Dmitri Savelyev "report"a bildirib ki, bu, Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafını yavaşlatmaq istəyənlərin təxribatıdır: "Çeçenistan Respublikasının tərkibinə daxil olduğu Rusiya Federasiyası üçün Azərbaycanla əlaqələr strateji xarakter daşıyır və ölkələrimiz arasındakı dostluq əlaqələri ildən-ilə möhkəmlənir. İki ölkənin mövqelərinin bu cür güclənməsi üçüncü qüvvələrin narazılığına səbəb olur. Məhz onların təsir gücü sayəsində bu insidentə mediada belə yanaşma formalaşdıb".
Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov isə "trend"ə açıqlamasında bildirib ki, bu cür xırda insidentin şişirdilməsinə icazə verilməyəcək: "Birincisi, biz buna imkan verməyəcəyik. İkincisi, konkret olaraq Azərbaycan və çeçen xalqlarının ünvanına demək istəyirəm ki, kriminal strukturların münaqişələrinin əcdadlarımızın yaratdığı möhkəm qardaşlığı dağıtmasına imkan verməyəcəyik. Biz böyük sivilizasiyanın, böyük mədəniyyətin, Qafqaz adlanan vahid məkanda yaşayan xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin varisləriyik. Azərbaycan xalqını təhqir edən və ya azərbaycanlıların adından çeçen xalqını təhqir edən hər kəs cəzalandırılacaq. Biz bu barədə azərbaycanlı qardaşlarımızla çoxdan razılığa gəlmişik və bütün hüquqazidd əməllərin qarşısını alacağıq".

Ən çox oxunanlar
Son xəbərlər