Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıya qar yağır.

Baxılıb: 1 112     Tarix: 19-02-2019 09:20   
Bu gün səhər saatlarından Bakıya qar yağmağa başlayıb.
Qanunvehedef.az xəbər verir ki, sulu qar yerdə qalmasa da, yağıntı güclənməkdədir.
Xatırladaq ki, ötən gün verilən proqnoza əsasən gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-3 dərəcə isti olacaq, gecəyə doğru 0-yə yaxınlaşacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, bu gün Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, xəzri küləyinin güclənəcəyi və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
 



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar