Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Havayı ağac tingləri almaq istəyənlərin diqqətinə

Baxılıb: 819     Tarix: 03-04-2019 13:05   

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin paylanılması aksiyasını davam etdirir.
Nazirlikdən Qanunvehedef.az-a verilən məlumata görə, növbəti aksiya 04 aprel 2019-cu il tarixində Bakının Xətai rayonunda “Bakı” kinoteatrının qarşısında saat 11:00-dan 12:00-dək, Nizami rayonunda “Sevinc” kinoteatrının qarşısında saat 12:00-dan 13:00-dək, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki yeni istirahət parkının qarşısında saat 13:00-dan 14:00-dək, Xırdalanda şəhər icra nümayəndəliyinin, Sumqayıtda Tağıyev parkının qarşısında, Qubada isə Vaqif küçəsindəki ticarət mərkəzinin arxasında saat 11:00-dan 13:00-dək keçiriləcək.
Aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar